ABŞ Türkiyənin RF-dən “S-400” kompleksləri əldə edə biləcəyindən narahatdır
- 23.07.2017, 20:44,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi Vaşinqtonun narahatçılığına səbəb ola bilərdi. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford deyib.
“KİV-lərdə xəbərlər yayılmışdı, lakin onlar doğru olmadı. Onlar Rusiyadan “S-400” havadan müdafiə sistemləri əldə etməyiblər. Onlar bunu etmiş olsaydılar, bu bizdə narahatçılığa səbəb ola bilərdi. Lakin onlar bunu etmədilər”, - deyə general Cozef Danford müvafiq sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, Pentaqon rəhbəri Ceyms Mettis ötən həftə Türkiyənin “S-400” sistemlərini əldə etmək niyyətinin Ankaranın suveren qərarı olduğunu vurğulayıb.
“Rostex”in baş direktoru Sergey Çemezov isə bir neçə gün əvvəl bildirib ki, “S-400” zenit-raket sistemlərinin Türkiyəyə tədarükünə dair saziş üzrə texniki məsələlər artıq həll olunub, yalnız inzibati məsələlər qalmaqdadır.