Əmmanda İsrail səfirliyinə hücum nəticəsundə ölənlərin sayı artıb

Əmmanda İsrail səfirliyinə hücum nəticəsundə ölənlərin sayı artıb



İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə hücum nəticəsundə ölənlərin sayı iki nəfərə çatıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, xəstəxanada daha bir İordaniya vətəndaşı aldığı güllə yarasından ölüb.

Bundan əvvəl silahlı insident nəticəsində bir iordaniyalının öldüyü, bir İsrail vətəndaşının yaralandığı bildirilirdi.

“Ammon” agentliyinin məlumatın görə, silahlı şəxslər səfirliyin binasına zorla girməyə cəhd edib, lakin mühafizəçilərin atəşi nəticəsində zərərsizləşdiriliblər.

***



İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, atışma nəticəsində naməlum silahlılardan biri öldürülüb. Səfirliyin mühafizəçisi ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Rəsmən təsdiqini tapmamış məlumatlara görə, İsrail səfirliyinin əməkdaşları arasında yaralılar var.

İordaniyanın “Al Ghad” qəzeti hücumun 17 yaşlı iordaniyalı tərəfindən törədildiyini bildirir. Məlumata görə, bıçaqla silahlanmış gənc səfirliyin ərazisinə daxil olaraq bir nəfərə bıçaqla xəsarət yetirib. Bundan sonra o mühafizə xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.

***


İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyinə silahlı hücum olub.

APA-nın məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı xəbər verib.

İlkin məlumata əsasən, insident nəticəsində səfirliyin iki mühafizəçisi yaralanıb. “Ammon” agentliyi səfirliyin ərazisində də yaralıların olduğu barədə məlumat yayıb.

Hadisə yerinə cəlb İordaniya təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib. Hadisə ilə əlaqədar hələ ki, rəsmi məlumat verilmir.
Şərhlər
Dünya bölməsinin xəbərləri