Qadın ata-anasının və ər evinin zorakılığına məruz qalıb, başı qırxılıb
- 25.07.2017, 11:43,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Samux rayon sakini müxtəlif xəsarətlər və dərman zəhərlənməsi diaqnozu ilə Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasına yerləşdirilib.
Samuxun Ziyadlı kənd sakini, 1988-ci il təvəllüdlü Pənahova İlahə Famil qızının müxtəlif bədən xəsarətləri aldığı, saçlarının qırxıldığı və dərmandan zəhərləndiyi bildirilir.
Onun ata-anası, qayınanası və həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı, sonradan dərmanla özünü zəhərlədiyi bildirilir.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
APA