Çempionlar Liqası: “Qarabağ” – “Şerif” matçı 0:0 hesabı ilə başa çatıb
- 26.07.2017, 01:01,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Azərbaycan çempionu “Qarabağ” bu raundda ilk qarşılaşmasına çıxıb.
Təmsilçimiz öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edib. İlk rəqibi Gürcüstan “Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı davam etdirə bilməyib.
Görüşə aktiv başlayan komandamız ilk iki dəqiqədə rəqib qapısına 4 zərbə endirsə də, qola sevinə bilməyib. Getdikcə müdafiədə güclənən rəqib "Qarabağ"ın hücumlarının kəsərini aşağı salıb.
İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə yenidən aktivləşən ağdamlıların cəhdləri fayda verməyib. Görüş qolsuz bərabərliklə yekunlaşıb.
Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
25 iyul
“Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 0:0
Baş hakim: Sergey Sinkeviç
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu