Venesuela və Nikaraqaua Snoudenə sığınacaq verməyə hazır olduqlarını bəyan ediblər

Venesuela prezidenti Nikolas Maduro MKİ-nin keçmiş əməkdaşı Edvard Snoudenə sığınacaq təklif edib.

«Venesuela Bolivar Respublikasının dövlət və hökumət başçısı kimi mən gənc amerikalı Snoudenə humanitar sığınacaq vermək qərarına gəlmişəm», deyə Maduro bildirib.

Daha öncə Nikaraqua prezidenti Daniel Orteqa «şərait imkan versə, Snoudenə sığınacaq verəcəyini» bəyan etmişdi.

Mərkəzi Kəşfiyyat İdarəsinin texniki mütəxəssisi Edvard Snouden məhkəmənin məxfi orderini yaymaqda günahlandırılır. Həmin orderə əsasən ABŞ-a «Verizon» iri mobil operatorunun bütün zənglərini izləmək hüququ verilir. Həmçinin Snouden ABŞ Milli Təhlükəsizlik agentliyinin məxfi PRISM proqramı barədə məlumatları yaymaqda ittiham edilir. Bu proqram böyük saytlarda elektron kommunikasiyaları izləməyə imkan verir.

Hazırda Edvard Snouden Moskvada «Şeremetyevo» hava limanının ərazisindədir.
Şərhlər
Dünya bölməsinin xəbərləri