"Yapı Kredi Bank Azərbaycan"ın səhmdarı güclü haker hücumuna məruz qalıb
- 27.07.2017, 10:36,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın "UniCredit" bankının 400 min müştərisinin hesabı haker hücumuna məruz qalıb.
APA bankın yaydığı məlumata istinadən xəbər verir ki, hakerlər müştərilərin məlumatlarını ələ keçirməyi bacarıb.
"Haker hücumları 2016-cı ilin sentyabr və oktyabr, 2017-ci ilin iyun aylarında baş verib. Kiberhücumun fəsadları aradan qaldırılır. Bank hücumun IBAN nömrələrinə və müştərilərin digər şəxsi məlumatlarına hər hansı təsirin olub-olmamasını araşdırır", - deyə bankın açıqlamasına bildirilir.
Qeyd edək ki, "Yapı Kredi Bank Azərbaycan" QSC "Unicredit" və "Yapı Kredi Bankası A.Ş."-nin törəməsidir.