İstanbulda şiddətli dolu və külək nəticəsində 10 nəfər xəsarət alıb

İstanbulda şiddətli dolu və külək nəticəsində 10 nəfər xəsarət alıb



İstanbula ötən gün axşam saatlarında düşən şiddətli dolu və əsən güclü külək nəticəsində 10 nəfər xəsarət alıb. APA-nın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti ağırdır.

NTV telekanalının xəbərinə görə, Bosfor boğazının altından keçən tunelin fəaliyyətində məhdudiyyətlər yaranıb. Şəhərin “Atatürk” və “Sabiha Gokçen” hava limanlarının işində fasilələr yaranıb, 15-dək təyyarə hava şəraitinin pisləşməsi səbəbindən eniş edə bilmədiyindən ehtiyat aerodromlara yönəldiliblər.

Bundan başqa, şiddətli külək şəhərdə 200-dək ağacı və 5 qaldırıcı kranı aşırıb, 88 binanın dam örtüyünü qoparıb, tramvay xətlərinin elektrik naqillərini qırıb. Küçükçekmece rayonunda minarə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Meteoroloqlar hava şəraitinin daha da pisləyəcəyini proqnozlaşdırırlar.

Bundan əvvəl iyulun 18-də İstanbulda son 9 ildə ən güclü leysan yağıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri