Hindistan səfiri: “Azərbaycan öz stabil siyasi mühiti ilə investisiya yatırmaq üçün cəlbedici ölkədir”

“Stabil siyasi mühitə sahib Azərbaycan Hindistan şirkətlərinin sərmayə yatırımı üçün cəlbedici ölkədir”.


APA-nın məlumatına görə, bu fikirləri Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar Çennai şəhərində keçirilən “Biznes üçün yeni imkanlar” adlı tədbirdə çıxışı zamanı deyib.



“Hindistanla Azərbaycan arasında qədim ticarət əlaqələrini bərpa etmək lazımdır. Biznes üçün vacib olan əsas amillərdən biri stabil siyasi vəziyyətdir ki, Azərbaycanda da bu var”.



Səfir iki ölkə arasında ticarət dövriyyəsinin həcminin ötən il 2 milyard dollar təşkil etdiyini, Hindistanın Azərbaycanın altıncı ən böyük ticarət tərəfdaşı olduğunu deyib. Vinod Kumar bildirib ki, Azərbaycana səfər etmək istəyənlərin viza ilə bağlı müraciətlərini cavablandırmaq üçün müddətin üç həftədən bir həftəyədək azaldılması sərmayə yatırımına müsbət təsir göstərəcək. O Azərbaycanda neft, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, yeyinti sənayesi sektorunda sərmayə yatırmaq üçün cəlbedici imkanların olduğunu deyib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri