AMB-nin valyuta ehtiyatlarının ikiqat artacağı proqnozlaşdırılır
- 31.07.2017, 12:43,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2017-2020-ci illər ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2,06 dəfə artacaq.
Bu barədə "Standard & Poor`s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Proqnoza əsasən, 2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatlarının həcmi 5,757 mlrd. dollara çatacaq. 2016-cı ilin sonuna Mərkəzi Bankın balansında olan valyuta ehtiyatlarının həcmi 3,974 mlrd. dollar olub.
S&P-nin mütəxəssisləri AMB-nin valyuta ehtiyatlarının 6,287 mlrd. dollara, 2020-ci ilin sonuna 7,223 mlrd. dollar, 2021-ci sonuna isə 8,192 mlrd. dollara çatacağını proqnozlaşdırır.
Qeyd edək ki, cari ilin iyulun 1-nə AMB-nin valyuta ehtiyatları 4 mlrd. 964,1 mln. dollar təşkil edir.