Palata: Bank sektorunun mənfəəti 52% azalıb

Palata: Bank sektorunun mənfəəti 52% azalıb



2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib.

APA Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat və ya 52,4% azalıb.

Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.

Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri