Qazaxda ağır qəza: 1 ölü, 4 yaralı

Bakı-Qazax-Gürcüstan yolunun 462-ci kilometrliyində 1 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gün axşam saatlarında Qazax rayonunun Ağköynək kəndi ərazisində qeydə alınıb.

Toydan evə gələn Qazax rayon sakini İbrahim İbrahimzadəyə məxsus VAZ-21 06 markalı avtomaşınla qarşıdan gələn "Suzuki" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobilinin sürücüsü xəsarət almasa da "Jiquli"də olan sərnişinlər Nəsibov Mahmud Fevral oğlu, Qaragözov Qurban Kərim oğlu, Qaragözov Əfşan Kamil qızı, İbrahimzadə Leyla Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Sürücü 31 yaşlı İbrahimzadə İbrahim Kamil oğlu hadisə yerindən xəstəxanaya aparılarkən yolda kecinib. Xəsarət alanlar isə dərhal Qazax rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Həkim Allahverdi Quliyev xəstələrin ikisinin vəziyyətinin ağır, digərlərini isə orta ağır kimi qiymətləndirib. Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırmalara başlanılıb.


Şərhlər
Hadisə bölməsinin xəbərləri