AMB: Rusiya iqtisadiyyatının bərpası region ölkələrinə müsbət təsir edəcək

AMB: Rusiya iqtisadiyyatının bərpası region ölkələrinə müsbət təsir edəcək


Azərbaycanın ticarət tərəfdaşlarının bir çoxunun yer aldığı MDB ölkələrində iqtisadi proqnozlar ötən illə müqayisədə yaxşılaşıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında qeyd olunub.

İcmalda vurğulanıb ki, 2017-ci ildə bu ölkələr qrupu üzrə ümumi artımın 1,7% olacağı proqnozlaşdırılır.

"Son 2 ildə resessiya yaşayan Rusiyanın 2017-ci ildə 1,4%-lik artımla tənəzzül zolağından çıxacağı gözlənilir. Yaxşılaşan maliyyə şəraiti, məcmu tələbin canlanması və stabil neft-qaz qiymətləri iqtisadi dirçəlişi şərtləndirən əsas amillərdir. Rusiyadakı bərpa prosesinin investisiya, ticarət kanalları və pul baratları vasitəsilə digər region ölkələrinə də müsbət təsir göstərəcəyi ehtimal olunur", - deyə sənəddə qeyd edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri