Türkmənistan prezidenti Azərbaycana gəlir

Türkmənistan prezidenti Azərbaycana gəlir



Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-i Azərbaycana səfər edəcək.

APA-nın Türkmənistanın dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, səfər iki gün davam edəcək.

Səfərin təşkili ilə bağlı məsələlər Türkmənistanın Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

Q. Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində bir neçə ikitərəfli rəsmi sənədin imzalanması nəzərə tutulub. Sənədlər

2007-2017-ci illər ərzində Azərbaycan və Türkmənistan arasında yüksək səviyyədə dörd qarşılıqlı rəsmi səfər baş tutub. Tərəflər arasında normativ-hüquqi baza 52 ikitərəfli sənəddən ibarətdir.
Şərhlər
Siyasət bölməsinin xəbərləri