Dövlət Xəzər Dəniz Gəmiçiliyi yeni gəmilərin alınması üzrə planlarını açıqlayıb
- 06.07.2013, 15:19,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ARDXDG) tikintisi Rusiyanın Nijnı Novqorod şəhərində aparılan üzən tərsanənin iki əsas bölməsini iyulun sonunadək əldə etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ARDXDG-nin rəisi Aydın Bəşirov deyib.
Onun sözlərinə görə, tərsanənin uzunluğu 160 metr təşkil edəcək və 6 blokdan ibarət olacaq. Tərsanənin tikintisini ilin sonunadək başa çatdırmaq planlaşdırılır.
Bəşirov qeyd edib ki, həftə ərzində Türkiyənin Samsun limanından da Bakıya yeni yedək gəmiləri göndəriləcək. Bu gəmilər Gəmiçiliyin sifarişi ilə Türkiyədə tikilib.
ARDXDG rəisi bildirib: "Yeni gəmi Gəmiçiliyin tələbatını qarşılamaq, həmçinin razılıq əldə olunarsa, BP və digər şirkətlərə xidmət göstərmək üçün işləyəcək".
Bəşirov qeyd edib ki, ARDXDG fəaliyyəti dövründə böyük nəticələr əldə edib: "Son illər 10 yeni gəmi alınıb. Həmçinin sayı hazırda 13 ədəd olan 10 bərə alınıb".
Onun sözlərinə görə, bu bərələr Bakı-Tbilisi-Qars dəmiryolu ilə həyata keçiriləcək yükdaşıma prosesinə töhfə verəcək.