Mərkəzi Bankın valyuta ehtiyatları 3%-ə yaxın artıb

Mərkəzi Bankın valyuta ehtiyatları 3%-ə yaxın artıb


Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən APA-ya verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2017-ci il iyul ayının 1-nə 4 mlrd. 964,1 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,2 mln. dollar və ya 15,88% çoxdur. İyun ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 138,7 mln. dollar və ya 2,87% artıb.

Сari ilin əvvəlindən artım 989,7 mln. dollar və ya 24,9% olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri