Bakıda sərnişin avtobusu piyadanı vurub

Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib.



APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 22.00 radələrində Səbail rayonu Salyan yolu küçəsində Xırdalan şəhər sakini Əsgər Məmmədov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən 65-70 yaşlı kişini vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.



Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri