Bakıda avqustun 9-da havanın hərarətində yeni rekord qeydə alınıb
- 10.08.2017, 12:31,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakı şəhərində isə 43 dərəcə isti qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticədə 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcəlik rekord göstərici təzələnib.
Əksər rayonlarda havanın maksimal temperaturu 35-40 dərəcə olub, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.