Maduro XİN rəhbərinə Trampla təkbətək görüş təşkil etməyi tapşırıb

Maduro XİN rəhbərinə Trampla təkbətək görüş təşkil etməyi tapşırıb


Venesuela prezidenti Nikolas Maduro ölkənin XİN rəhbərinə amerikalı həmkarı Donald Trampla təkbətək görüşün təşkil edilməsinə dair göstəriş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maduro çıxışında ABŞ-la münasibətləri normallaşdırmaq və danışıqlar yolu ilə bu ölkə ilə normal və açıq siyasi münasibətlər qurmaq niyyətində olduğunu bir daha bəyan edib.

Qeyd edək ki, ABŞ avqustun 9-da Venesuelaya qarşı sanksiyaları genişləndirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri