Azərbaycanın 2020-ci il Avropa çempionatına namizədliyi ilə bağlı yaradılan İşçi Qrupun tərkibi müəyyənləşdi

Azərbaycanın 2020-ci il Avropa çempionatına namizədliyi ilə bağlı yaradılan İşçi Qrupun tərkibi müəyyənləşdi 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub.

Live.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə İşçi Qrup yaradılıb. İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub. Artıq İşçi Qrupun tərkibi də müəyyənləşib. Bura Sərxan Hacıyev, Cavid Qarayev, Mikayıl Quluyev, Könül Mehtiyeva, Səbinə Hüseynova, Rəmiş Malıyev və Elnur Məmmədov daxildir.

Xatırladaq ki, əmrin icrasına nəzarəti AFFA-nın prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.
Şərhlər
İdman bölməsinin xəbərləri