AEBA-nın keçmiş rəhbəri Məhəmməd əl-Baradei Misirin keçid hökumətinin rəhbəri təyin olunub
- 07.07.2013, 00:10,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Misirin keçid Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin olunmuş Beynəlxalq Atom Enerjisi Agentliyinin keçmiş rəhbəri, müxalifət lideri Məhəmməd əl-Baradei ölkənin müvəqqəti prezidenti Ədli Mənsurun qarşısında and içib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, andiçmə mərasimi Qahirədə yerləşən “Əl-İttihadiyyə” prezident sarayında baş tutub.
Məhəmməd əl-Baradei 1942-ci ildə Qahirədə anadan olub. 1997-ci ildən 2009-cu ilədək Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru vəzifəsində çalışıb. O, 2005-ci il Nobel Sülh Mükafatı laureatıdır.