Bakıda kafedə kütləvi dava olub, ölən və xəsarət alanlar var
- 15.08.2017, 13:51,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda qətl törədilib.
Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır.
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.