San-Fransiskoda “Boeing 777” qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 181 sərnişin yaralanıb
- 07.07.2013, 15:23,
- Dünya / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
San-Fransisko aeroportunda “Boeing 777” tipli təyyarənin qəzaya uğraması nəticəsində yaralananların sayı 181-ə çatıb.
Live.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə canlı efirdə yayımlanan mətbuat konfransında aeroportun rəsmi nümayəndələri deyib.
Açıqlamaya əsasən, 181 nəfər xəstəxanalara aparılıb, onlardan 49-un vəziyyəti ağırdır. Sərnişinlərdən daha 123 nəfəri terminalda qeydə alınıb. İki nəfərin ölməsi barədə xəbər rəsmi təsdiqlənib.
Beləliklə, bir nəfərin taleyi naməlum olaraq qalmaqdadır. Bundan əvvəl San-Fransisko aeroportunun yanğından mühafizə xidmətinin rəisi Coan Xeys-Uayt 60 nəfərin itkin düşdüyünü bildirmişdi.