Gürcüstan DİN azərbaycanlıların yaşadığı qəsəbədə keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayıb
- 15.08.2017, 20:08,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala qəsəbəsində (azərbaycanlıların yaşadığı qəsəbə-red.) keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
APA Gürcüstan DİN-ə istinadən xəbər verir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.
Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib.
***
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin azərbaycanlıların yaşadığı Poniçala qəsəbəsində növbəti xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.
Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.