İspaniya Superkubokunun qalibi məlum olub
- 17.08.2017, 11:21,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İspaniya Superkubokunun cavab oyunu keçirilib.
Həlledici görüşdə Madridin “Santyaqo Bernabeu” stadionunda ötən mövsümün çempionu “Real” Kral Kubokunun qalibi “Barselona” ilə üz-üzə gəlib.
Əzəli rəqiblər arasında keçirilən ilk oyunda madridlilər üstün olmuşdu - 3:1.
İkinci qarşılaşma da “Real”ın qələbəsi ilə başa çatıb - 2:0
Beləliklə, “Real” tarixində 10-cu dəfə İspaniya superkubokunu qazanıb.
“Real” – “Barselona” 2:0
Qollar: Marko Asensio (4 dəq.), Kərim Benzema (39)