Ötən gün baş verən yol qəzalarında 4 nəfər ölüb, 22 nəfər xəsarət alıb
- 17.08.2017, 11:23,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda bir gündə baş verən yol qəzalarında 4 nəfər ölüb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 22 nəfər xəsarət alıb.
Ölümlə nəticələnən yol qəzaları Lənkəranda qeydə alınıb. İki hadisə nəticəsində 4 nəfər dünyasını dəyişib.