“Formula-1”in baş promouteri: "Yarışların “Qran-Pri” mərhələsini Bakıda keçirmək niyyətindədik"
- 07.07.2013, 15:27,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Formula-1” yarışlarının baş promouteri Berni Ekklstoun bəyan edib ki, o gələcəkdə “Qran-Pri” mərhələsini Bakıda keçirmək niyyətindədir.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə o alman mətbuatına açıqlamasında bildirib.
“Biz ABŞ-da – Lonq Biçdə və Nyu Yorkun fonunda - daha iki yarış təşkil etmək niyyətindəyik. Yarışları həmçinin Tailand və Bakıda da keçirmək planlaşdırılır”, deyə Berni Ekklstoun qeyd edib.
Qeyd edək ki, “Formula-1” – 2013 yarışları üzrə dünya çempionatı 19 trasda keçirilir.