Barselona terrorunda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları qeydə alınmayıb

Barselona terrorunda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşları qeydə alınmayıb



Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.


Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu barədə Azərbaycanın İspaniyadakı səfirliyindən məlumat verilib: “Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir. Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə, KİV-ə və ictimaiyyətə xəbər veriləcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri