Azərbaycan millisinin futbolçusu Kipr çempionatında debüt etdi
- 21.08.2017, 10:54,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Kipr çempionatında 2017/18 mövsümünə start verilib.
Live.Az-ın APA-ya istinadla məlumatına görə, yığmamızın futbolçusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” ilk tur çərçivəsində “Nea Salamis”in qonağı olub.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan həmyerlimiz 83-cü dəqiqədə əvəzlənib. Bu, Arazın “Anortosis”də ilk rəsmi görüşü olub.
Qeyd edək ki, “Anortosis” II turda da səfərdə oynayacaq. Komanda avqustun 27-də “Alki Oroklini” ilə üz-üzə gələcək.