DYP-dən xəbərdarlıq: Artıq “dosta zəng” qaydası işləmir
- 21.08.2017, 10:59,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, əvvəllər sürücülər spirtli içkinin təsiri altında sükan arxasında olarkən "dosta zəng" imkanlarına arxalanıb avtomobil sürürdüsə, indi belə fakt mümkün deyil: "Bu gün "Yol hərəkəti haqqında" qanunun tələbini bilərəkdən və bilməyərəkdən pozulması inzibati xəta hesab edirlir və bu xətanı törədən kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb edilir".
Live.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Əsədov bildirir ki, ilin əvvəlindən bu günə 8000-ə yaxın sərxoş sürücü saxlanılıb: "Bu o deməkdir ki, artıq heç kim heç kəsə arxalana bilməz. Artıq yol polisinin fəaliyyətinə müdaxilə etmək, yol polisindən xahiş etmək olmaz. Hər kəs öz törətdiyi xətaya görə cavab verir və verəcək. Bu gün kimsə avtoxuliqanı, sərxoş sürücünü, polisə müqavimət edəni xahiş edə bilərmi? İnanmıram".
Sərxoş vəziyyətdə avtomobil idarəetmək İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tənzimlənir. İXM-yə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi dörd yüz manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırması ilə cəzalandırılır.