Bakı möhtəşəm yarışa ev sahibliyi edir

Bakı möhtəşəm yarışa ev sahibliyi edir Bakı yenidən möhtəşəm bir yarışa ev sahibliyi edir. “Bakı Qran Pri 2013” motorlu qayıq yarışı I Avropa Olimpiya oyunları ərəfəsində paytaxtımızda baş tutacaq ilk beynəlxalq yarışdır. “Formula 2” motorlu qayıq yarışında iştirak etmək üçün ölkəmizə çox saylı xarici ölkələrdən tamaşaçı və iştirakçılar gəlib.


Azərbaycanı “Formula 2”də təmsil edəcək isveçli Yonas Anderson yarışdan gözləntilərini bölüşüb: “Yarış üçün yer çox gözəldir. Amma fikrimcə, yer bir az darısqaldır mənim üçün. Bununla belə əlimdən gələni edəcəm ki, bütün izləyənlər çoşsunlar. Əlbəttə biz birinci yeri qazanmağa çalışacağıq. Lakin rəqiblərim də çox sürətlidir. Birinci 3 yerdən birini tutmaq şansımız var”.


Qeyd edək ki, bu gün Taym Trayal sürət rekordunu müəyyən edəcək “Speed record”, yəni ən iddialı iştirakçıların yarışı keçiriləcək.


Şərhlər
İdman bölməsinin xəbərləri