Aparıcı Əkbər Əlizadə "Space"dən qovulduğu xəbəri yayıldı [Video]

Aparıcı Əkbər Əlizadə "Space"dən qovulduğu xəbəri yayıldı [Video]Canlı yayımda "Sənətdə olan insan zirvəyə yüksəlirsə tamaşaçılara borcludur. Mənim sizə olan məhəbbətimə, sizin də mənə olan məhəbbətinizə heç kim və heç nə mane ola bilməz. Mane olan elə burada qalır. Mən isə gedirəm. Bu veriliş mənim təqdimatımda sonuncu dəfə təqdim olundu" deyərək tamaşaçılarla sağollaşan Space TV-nin “Hər səhər” proqramının aparıcısı Əkbər Əlizadə işdən çıxarılması xəbərlərinə aydınlıq gətirdi.


Live.az-ıb xəbərinə görə, tanınmış aktyor, əməkdar artist ANS-ə açıqlamasında telekanaldan getmək qərarını özü verdiyini bildirdi:
"Mən ümumiyyətlə bu barədə danışmaq istəmirdim. Dünəndən bəri gələn zənglərə cavab vermirdim. Amma işdən qovulduğum yazıldığı üçün danışmaq məcburiyyətində qaldım. Space TV-nin "Səhər" departamentinin rəhbəri Kəmalə Xəlilova mədəniyyət və incəsənətdən bixəbər olduğu üçün mənim fəaliyyətimə əngəl törədirdi. 5 iyul cümə günü canlı veriliş zamanı onunla sərt və kəskin mübahisəmiz düşdü. Mübahisəmizdən sonra verilişin sonunda heç kimə heç nə demədən tamaşaçılarla sağollaşdım. Efirdən uzaqlaşmağıma özüm qərar vermişəm. Bu mənim addımım idi. Space TV-nin rəhbəri Vaqif Mustafayevdən və telekanaldan heç bir incikliyim yoxdur".


Komik rolları ilə sevilən aktyor sonda Kəmalə Xəlilovaya özünəməxsus mesaj göndərməyi də unutmadı. Əkbər gülərək, "Xoşbəxtlik quşu özü gəlib qonmuşdu onun başına. mənim kimi zərin qədrini bilmədi."-dedi.


Kəmalə Xəlilovanın telefonu bağlı olduğundan onunla əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.


ANS-in əldə etdiyi məlumatda isə canlı efir başa çatmadan aparıcıya qovulduğu xəbəri verilib. Verilişin gedişatı zamanı layihənin rəhbəri Kəmalə Xəlilovanın əmrlərinə tabe olmadığına görə telekanalın rəhbərliyi onu yanına çağırtdırıb. Aparıcı buna məhəl qoymayaraq veriliş bitər-bitməz demək olar ki, qaçaraq telekanalın ərazisini tərk edib.





__________________________


“Space” telekanalındakı “Hər Səhər” proqramının aparıcısı Əkbər Əlizadə işdən çıxarılıb.


Bəzi saytların yazdığına görə, kanalın “Hər Səhər” proqramının aparıcısı Əkbər Əlizadə həmkarı və “Hər Səhər” proqramının redaktoru Kəmalə Xəlilova ilə sərt mübahisə edib. Səbəb də Kəmalə Xəlilovanın veriliş iştirakçılarının və yaradıcı heyətin veriliş zamanı oynamasını tələb etməsi olub. Əkbər Əlizadə isə Kəmalə Xəlilovanın bu “əmrinə” tabe olmayıb və oynamaqdan imtina edib. Son nəticədə də kanal rəhbərliyi Əkbər Əlizadəni işdən azad edib.


Qeyd edək ki, o, 1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb. 2003-cü ildə “Space” kanalında “Meloman” verilişinin, 2006-2007-ci illərdə “AzəriStar” müsabiqəsinin aparıcısı olub. 2006-cı ildən “Planet parni iz Baku” KVN teatrının aktyoru, həm də aparıcısıdır. 2008-ci ildə Xəzər kanalında “Gülüş ulduzu” müsabiqəsinin və “komediya səhnəsi” verilişinin aparıcısı olub. 2008-ci ildə Prezident mükafatına layiq görülüb. 2009-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülüb. 2011-ci il yanvar ayından “Space” MTRŞ-nin “Hər səhər” proqramının aparıcısı olub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri