“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri bu gün məlum olacaq
- 24.08.2017, 10:34,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Live.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, beləliklə Ağdamın “Qarabağ” klubunun Çempionlar Liqasının qrup mərhələsindəki rəqibləri məlum olacaq.
“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub. Qurban Qurbanovun komandası Çempionlar Liqasının pley-off mərhələsində səfərdə Danimarkanın “Kopenhagen” klubu ilə qarşılaşıb. Matç “Kopenhagen”-in 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsi bərabər olsa da, rəqib meydanda vurulan top hesabına “Qarabağ” növbəti mərhələyə adlayıb. Danimarka təmsilçisi ilə Bakıdakı görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub. Azərbaycan çempionu APOEL, MOİK və “Sportinq”-lə yanaşı IV səbətdə yer alıb.
Monakoda baş tutan püşkatmada 32 komanda 8 qrupa bölünəcək. Qrup turnirində 1-ci və 2-ci yeri tutmuş komandalar növbəti mərhələyə çıxır. 3-cü yerdə qərarlaşan komanda isə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə daxil olur.
Çempionlar Liqasının qrup mərhələsinin səbətləri
I səbət“Real”
“Bavariya”
“Çelsi”
“Yuventus”
“Benfika”
“Monako”
“Spartak” Moskva
“Şaxtyor”
II səbət“Barselona”
“Atletiko”
PSJ
“Borussiya” Dortmund
“Sevilya”
“Mançester Siti”
“Porto”
“Mançester Yunayted”
III səbət“Napoli”
“Tottenhem”
“Bazel”
“Olimpiakos”
“Anderlext”
“Roma”
“Beşiktaş”
“Liverpul”
IV səbət“Seltik”
“Qarabağ”
APOEL
“Sportinq”
MOİK (Rusiya)
“Feyenord”
“Maribor”
“Leypsiq”