Ağsuda qadın yeniyetmə oğlu ilə əlbir olub, ərini öldürüb
- 24.08.2017, 11:04,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağsu rayonunda qətl törədilib.
Rayonun Gəgəli kəndində 1970-ci ilk təvəllüdlü Şamıyev Şamxal İkram oğlu ailə münaqişəsi zəminində öldürülüb. Bildirilir ki, onu arvadı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə İkram qızı və oğlu, 2000-ci il təvəllüdlü Zeynal Şamıyev birlikdə qətlə yetirib. Ana və oğlu əvvəlcə onun əl-qolunu bağlayıblar, sonra balta ilə bədəninin müxtəlif yerlərinə vurublar. Nəticədə kişi aldığı xəsarətdən ölüb. Hadisə törədən ana və oğlu polisə könüllü təslim olublar.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.
APA