Ağ Ev Trampın müşavirinin vəzifəsindən getdiyini təsdiqləyib

Ağ Ev Trampın müşavirinin vəzifəsindən getdiyini təsdiqləyib



Ağ Ev ABŞ prezidentinin milli təhlükəsizlik üzrə kiçik müşaviri Sebastyan Qorkanın vəzifəsindən getdiyini təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin nümayəndəsi bildirib.

“Sebastyan Qorka istefa verməyib. Ancaq mən onun artıq Ağ Evdə işləmədiyini təsdiq edə bilərəm”, deyə Ağ Evin nümayəndəsi qeyd edib.

***


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə kiçik müşavirİ Sebastyan Qorka istefa verib.

APA-nın məlumatına görə, bu barədə CNN telekanalı Ağ Evdəki mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, Donald Trampın ən qatı tərəfdarlarından biri olan S.Qorka mütəmadi olaraq kütləvi informasiya vasitələrində dövlət başçısının siyasətini müdafiə edib.

İstefanın səbəbləri hələ ki, açıqlanmır.

Qeyd edək ki, avqustun 15-də Nümayəndələr Palatasındakı milli azlıqlar qruplarının rəhbərləri ABŞ prezidenti Donald Trampa ünvanladıqları məktubda Ağ Evdəki üç köməkçisi – Stiv Bennon, Stiven Müller və Sebastyan Qorkanı istefaya göndərməyi xahiş ediblər. Milli azlıqlar qruplarının rəhbərləri Şarlottsvill şəhərindəki (Virciniya ştatı ) iğtişaşlardan sonra administrasiyadakı məmurları vəzifəsindən azad etməyə çağırıblar. Avqustun 18-də ABŞ prezidenti Donald Trampın strateji məsələlər üzrə baş müşaviri Stiv Bennon postunu tərk edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri