Bərdədə avtomobil kanala aşıb, 11 və 13 yaşında iki qardaş boğulub [Yenilənib]
- 26.08.2017, 12:35,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində boğulan uşaqların adı məlum olub.
Hadisə nəticəsində iki qardaş - 11 yaşlı Əsədov Asif Qulu oğlu və 13 yaşlı Əsədov Mirələm Qulu oğlu kanalda boğulub.
Hazırda onların axtarışları davam edir.
***
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Bəcirəvan kəndindən keçən hissəsinə VAZ markalı minik avtomobili düşüb.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Axtarış aparılır.
Əlavə məlumat veriləcək.