UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxan “Qarabağ”ın rəqibləri bu həftə daxili çempionatda oyunlar keçiriblər.
Live.az xəbər verir, Atletiko" klubu İspaniya La Liqasında II turun oyununu keçirib.
Dieqo Simeonenin baş məşqçi olduğu kollektiv səfərdə "Las Palmas"la qarşılaşıb.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 5:1. "Atletiko"nun qollarını 3-cü dəqiqədə Anxel Korrea, 5-ci dəqiqədə Yannik Karrasko, 62-ci və 75-ci dəqiqələrdə Koke, 88-ci dəqiqədə isə Tomas vurub. "Las Palmas"dan isə 58-ci dəqiqədə Conatan Kalyeri fərqlənib.
"Las palmas" - "Atletiko Madrid" - 1:5Qollar: 58' Jonathan Calleri - 3' Angel Correa, 5' Yannick Ferreira-Carrasco, 62', Koke 62', 75' Koke, 88' Thomas
"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki digər rəqibi "Roma" İtaliya A seriyasında 2-ci turda doğma meydanda "İnter"lə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
Bununla da "canavarlar" 2008-ci ildən sonra ilk dəfə doğma meydanında "İnter"ə boyun əyib. 2 turdan sonra "Roma" 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "İnter" isə 6 xalla 2-cidir və top fərqinə görəlider "Yuventus"dan geri qalır.
"Roma" - "İnter" - 1:3Qollar: Edin Dzeko, 15, - Mauro İkardo, 67, Mauro İkardo, 77, Matias Vesino, 87
“Çelsi” isə bu gün İngiltərə Premyer Liqasının 3-cü turunda London təmsilçisi “Everton”u sınağa çəkib və 2:0 hesabı ilə qalib gəlib.
Hər iki qolu ispan futbolçular Sesk Fabreqas (27-ci dəq.) və Alvaro Morato (40) vurub.
Bu qələbə sayəsində xal ehtiyatını 6-ya çatdıran “Çelsi” turnir cədvəlində 5-ci pilləyə yüksəlib.
"Çelsi" - "Everton" - 2:0Qollar: 27' Cesc Fabregas, 40' Alvaro Morata
Qeyd edək ki, "Qarabağ" özü bu həftə ölkə çempionatı çərçivəsində "Qəbələ" klubu ilə görüşüb və səfərdə 2:1 hesbı ilə qəlib gəlib.