ABŞ-ın Hyuston şəhəri su altında qalıb
- 27.08.2017, 22:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ-ın Hyuston şəhəri (Texas ştatı) “Harvi” qasırğası səbəbindən su altında qalıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Hyustonun meri Silvestr Terner bəyan edib
Onun sözlərinə görə, təbii fəlakətin fəsadlarını aradan qaldıran xilasedicilər axtarış-xilasetmə tədbirlərini davam etdirirlər. Daşqınlarla əlaqədar 2 000 nəfər müvafiq xidmətlərə müraciət edib.
Qeyd edək ki, “Xarvi” qasırğası tropik qasırğa səviyyəsinə qədər zəifləyib. Ancaq qasırğanın təhlükəli subasmalara yol açacağı barədə xəbərdarlıq olunub.