Vaşinqton Ərdoğanın mühafizəçilərini ABŞ-da etirazçılara hücum etməkdə ittiham edib

Vaşinqton Ərdoğanın mühafizəçilərini ABŞ-da etirazçılara hücum etməkdə ittiham edib



Rəsmi Vaşinqton ABŞ-da etirazçılara hücum etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, etirazçılarla mühafizəçilər arasında qarşıdurma R.T.Ərdoğanın mayda Vaşinqtona səfəri zamanı, Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib. Məlumata görə, ittiham, ümumilikdə, 19 nəfərə qarşı irəli sürülüb. Onlardan 15 nəfəri Türkiyə təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdır.

Dövlət Departamenti insidentdən sonra Türkiyəyə etiraz edib. Ankara ittihamları rədd edərək insidentin ABŞ tərəfinin lazımi təhlükəsizlik tədbirləri görməkdən imtina etməsi səbəbindən baş verdiyini bəyan edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri