Corc Soros terrorçu elan oluna bilər

Corc Soros terrorçu elan oluna bilər



Amerikalı milyarder Corc Sorosun terrorçu elan olunması ilə bağlı Donald Trampa ünvanlanan petisiyanı 70 min nəfər imzalayıb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, müvafiq petisiya Ağ evin rəsmi saytında yerləşdirilib.

ABŞ prezidentinin administrasiyası tərəfindən petisiyanın baxılması üçün sentyabrın 19-dək daha 29 min imza toplanılmalıdır.

Petisiyanın mətnində qeyd edilib ki, Soros mütəmadi qaydada və bilərəkdən ABŞ-dakı stabilliyi pozmağa yönəlmiş addımlar atıb. Petisiyanın müəllifləri hesab edir ki, ABŞ-ın federal hökuməti və Ədliyyə Nazirliyi Sorosu və onun bütün təşkilatlarını terrorçu elan etməlidir. Bununla yanaşı, təşəbbüskarlar milyarderin əmlakının və aktivlərinin müsadirəsi ilə bağlı da çağırış edib.

Corc Soros məşhur milyarder və maliyyəçidir. Onun fəaliyyəti müəyyən dairələrdə birmənalı qarşılanmır: bəziləri milyarderi maliyyə möhtəkiri (spekulyantı) adlandırır. Sorosun "Quantum" şirkəti 40 illik fəaliyyəti ərzində hec fondlar üçün rekord hesab olunan 35 mlrd. dollar qazanıb. İddia olunur ki, təkcə ABŞ-dakı ipoteka böhranı dövründə biznesmen 2 il ərzində 1 mlrd. dollar gəlir əldə edib.

Bundan başqa, Sorosun adı tez-tez siyasi qalmaqallarda da hallanır. Milyarderin təşkilatları bir sıra ölkələrdə dövlət çevrilişinin maliyyələşdirilməsində ittiham olunub.


Şərhlər
Dünya bölməsinin xəbərləri