AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2%-ə çatıb

AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2%-ə çatıb


2017-cı ilin ilk 6 ayı ərzində "Azərbaycan Hava Yolları" QSC (AZAL) Gürcüstana 32,992 min sərnişin daşıyıb.

APA Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadən xəbər verir ki, hesabat dövründə AZAL-ın Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib.

Qeyd olunan dövrdə yerli və xarici aviaşirkətlər ümumilikdə 1 mln. 562,366 min sərnişinə xidmət göstərib. Daşınmış sərnişinlərin sayına görə "Türk Hava Yolları" (THY) aviaşirkəti birinci yerdədir. Türkiyənin ən iri aviaşirkəti hesabat dövründə 189,542 min sərnişin daşıyıb. THY Gürcüstanın aviasiya bazarının 12%-nə nəzarət edir.

Gürcüstana daşınmış sərnişinlərin sayına görə ikinci və üçüncü yerləri müvafiq olaraq Ukrayna Beynəlxalq Hava Yolları (146,699 min sərnişin) və Gürcüstanın "Airzena" aviaşirkəti (143,327 min) tuturlar.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri