BMT: Myanmada zorakılıq nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb

BMT: Myanmada zorakılıq nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb



Avqustun 25-dən etibarən Myanmada zorakılıq nəticəsində ölənlərin sayı 1000 nəfəri ötüb.

Bu barədə “The Hindu” nəşrinə BMT-nin xüsusi məruzəçisi Yanhi Li bildirib.

“Myanmada 1000-dən çox insan ölkədə baş verən toqquşmaların qurbanı olub. Hazırda doğma evlərindən qovulan azı 20 min müsəlman-rohinca Myanma-Banqladeş sərhədinə toplaşıb”, deyə Y.Li qeyd edib.

Avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib.


APA
Şərhlər
Dünya bölməsinin xəbərləri