Azərbaycan pilotu Bakıda keçirilən “Formula-2” üzrə “Grand Prix–2013” yarışlarının ikincisi olub
- 08.07.2013, 01:34,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 7-də Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) “Grand Prix–2013” turniri çərçivəsində əsas yarış keçirilib.
Live.az-ın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi xəbər görə, əvvəlcə Xəzər dənizində məşq prosesi keçirilib. Hazırlıqda 11 ölkədən 20 pilot iştirak edib. Hazırlıq zamanı pilotlar müxtəlif nümunəvi çıxışlar edib, həmçinin sürət şousu göstəriblər.
Sonra yarışa start verilib. Pilotlar 45 dəqiqə ərzində müəyyən olunmuş marşrut üzrə dövrə vurublar.
Yarış zamanı İsveç klubları – “Bimba Racing”in üzvü Bimba Sjöholm və “AJO”nun pilotu Tobis Soderling idarəetməni itirərək qayıqlarını aşırıblar. Hər iki idmançı yarışdan kənarlaşdırılıb.
Yarışda İsveçin “Getel Racing” komandasının pilotu Erik Stark qalib gəlib. “Azərbaycan” komandasının üzvü Cohan Andersson ikinci, Latviyanın “Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə üçüncü olub.
Qaliblərə medal, kubok, həmçinin italiyalı dizaynerlər tərəfindən hazırlanmış xüsusi hədiyyələr təqdim olunub.
Turnirin xüsusi mükafatı isə B.Sjöholma verilib.
Qeyd edək ki, turnirdə Azərbaycanla yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları da birincilik uğrunda mübarizə aparıblar.