Bakıda benzin istehsalı 7% artıb, dizel istehsalı 17% azalıb
- 06.09.2017, 22:52,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2017-ci ilin yanvar-iyul ayları ərzində Bakı şəhərində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 mlrd. 567,3 mln. manat olub.
Bakı Şəhər Statistika İdarəsindən APA-ya verilən məlumata görə, istehsalın ümumi dəyəri əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə 8,4% azalıb.
Neft məhsullarından avtomobil benzininin istehsalı 7,2%, neft koksunun istehsalı 14,2%, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 1,5%, neft bitumunun istehsalı 21,1%, sürtgü yağlarının istehsalı 3,8 dəfə artıb, dizel yanacağının istehsalı 16,8%, yanacaq mazutunun istehsalı 39,9%, ağ neftin istehsalı isə 8,2% azalıb.