Xəzərdə batmaq təhlükəsi ilə üzləşmiş üç nəfər xilas edilib

İyulun 7-də Bakı şəhəri, Xəzər rayonunda (“Buzovna” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda da (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) bir nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Həmin şəxs FHN-in dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəzər rayonunda (“Zuğulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş daha 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri