Bu il Bakıda əsas kapitala 8 mlrd. manatdan çox vəsait yatırılıb

Ümumi sərmayənin 71,1%-i özəl sektorun payına düşüb

2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərinin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 mlrd. 49,2 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6% çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, ümumi sərmayənin 28,9%-i dövlət, 71,1%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 70,7%-i tikinti-quraşdırma işlərinə sərf edilib.

2017-ci ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 72,2%-ini tikinti, yenidənqurma və genişləndirmə, 5,3%-ini əsaslı təmir, 3,3%-ini cari təmir, 19,2%-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,8%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirilər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri