Qurban Qurbanovun oğlu “Qarabağ”a transferi haqda danışıb

Qurban Qurbanovun oğlu “Qarabağ”a transferi haqda danışıb



“Qarabağ”ın U-19 komandası “Neftçi”dən Ağdam klubunun əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlını transfer etməklə diqqət çəkib.

Live.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, UEFA Gənclər Liqasına qatılacaq Rəşad Sadıqovun məşqçilik etdiyi 19 yaşlıların iştirak ərizəsi artıq qitə futbol qurumuna təqdim edilib.

Siyahıda adı olan Musa Qurbanlı açıqlama verərək atasının əsas komandasına baş məşqçilik etdiyi Ağdam klubuna transferindən danışıb: “Əslində, “Qarabağ”a transferim xüsusi bir şey deyil. Atamın qərarını gözləyirdim. U-19 komandasının baş məşqçisi Rəşad Sadıqovun təklifi və istəyi də rol oynadı. Razılıq da olunca “Qarabağ”a gəldim”.

Gənc oyunçu UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlmədiyini bildirib: “Mən sırf UEFA Gənclər Liqasında oynamaq üçün “Qarabağ”a gəlməmişəm. Sadəcə, inkişaf etmək üçün, daha irəli getmək üçün burdayam. Transfer ediləndə də məqsəd bu olmayıb. Gənclər Liqasında oynayacağım da dəqiq deyil. Sadəcə, adım siyahıda var. Əlbəttə ki, belə komandalara qarşı oynamaq böyük fəxrdir, təcrübədir. Şans qazansam, təbii ki, sevinəcəm”.
Şərhlər
İdman bölməsinin xəbərləri