MBNP: Bank sektorunun balans kapitalı 2,8 mlrd. manatdır

MBNP: Bank sektorunun balans kapitalı 2,8 mlrd. manatdır



Azərbaycanda fəaliyyət göstərən bankların 31 iyul 2017-ci il tarixinə cəmi aktivləri 29 mlrd. 708,5 mln. manat, cəmi öhdəlikləri 26 mlrd. 872 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) APA-ya verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 836,5 milyon manatdır.

Əhalinin əmanətləri 6 mlrd. 834,1 mln. manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 141, POS-terminalların sayı 2505-dir.

Bütövlükdə, bank sektorunun işçi heyəti 16123 nəfər təşkil edir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri