İcraçı direktor: "İndiyədək ARDNF-ə 130 mlrd. dollardan çox vəsait daxil olub, bunun 25%-i qorunub"
- 07.09.2017, 19:02,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Neft fondlarının yaradılmasının çox ciddi elmi əsaslandırılması var. Son 50 ilə nəzər salsaq görərik ki, neft gəlirlərindən mərkəzləşdirilmiş qaydada istifadə etməyən ölkələr iqtisadi inkişaf baxımından digərlərindən geri qalır".
Live.az APA-ya istinadən xəbər verir ki, bunu "Kazinform" agentliyinə müsahibəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Ş. Mövsümovun fikrincə, qısa müddət ərzində kifayət qədər böyük həcmdə vəsaitin daxil olması iqtisadiyyatın tarazlığını pozur, milli valyutanı kəskin bahalaşdırır, özəl sektorun rəqabət qabiliyyətini zəiflədir: "Bütün bunlar neft fondlarının yaradılmasının zəruriliyini bir daha ortaya qoyur. Təbii ki, fondların yaradılması əvəzinə pulların paylanılması variantı da seçilə bilər, lakin bunun sonu yaxşı olmur. Bunu bir neçə ölkənin misalında da göstərə bilərik. Lakin Azərbaycan və Qazaxıstanda istifadə olunan nümunə onu göstərir ki, neft fondlarının yaradılması düzgün, uzaqgörən, ölçülmüş addımdır".
ARDNF-nin 1999-cu ildə yaradıldığını xatırladan icraçı direktor əlavə edib ki, Fondun əsa gəlir mənbəyi neft-qaz satışından əldə olunan vəsaitdir. "ARDNF yaradılandan bura 130 mlrd. dollardan çox vəsait daxil olub. Bu vəsaitdən 75%-i müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilib, 25%-i isə qorunub. Hazırda Fondda 35 mlrd. dollar var. Qanunvericiliyə əsasən, ARDNF ölkə daxilində həyata keçirilən layihələrə investisiya yatıra bilməz. Bizim kifayət qədər diversifikasiya olunmuş portfelimiz var", - deyə o bildirib.