Anası Səmra haqda açıqlama: "Hamı ilə sevgili olmalıdır?"

Anası Səmra haqda açıqlama: "Hamı ilə sevgili olmalıdır?"



Bir müddət əvvəl müğənni Səmra Rəhimlinin məşqçi Fövqi Əfəndi ilə sevgili olması xəbəri yayılmışdı.


Sənətçinin anası İlahə Baxşıyeva məsələyə aydınlıq gətirib.


O bildirib ki, bunlar hamısı şayiədir:


"Səmra idmana Fövqinin yanına gedirdi. Onu klipdə çəkmək üçün mən seçmişdim. Tərbiyəli, sakit olduğu üçün seçdim. Həm də klipdə düşündüyümüz obraza uyğun gəldi.


Sevgili məsaləsinə gəldikdə isə... Səmra gündə birini klipə çəkəcək, hamı ilə sevgili olmalıdır? Kimsə gündəmə gəlmək, qalmaqal yaratmaq istəyirsə, Səmranın adını çəkir. Arxayın olsunlar ki, Səmra heç kimin adını çəkib gündəmə gətirməyəcək".



Milli.Az, Axşam.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri