Aygünün konsertini nazirlik maliyyələşdirir? [Açıqlama]

Aygünün konsertini nazirlik maliyyələşdirir? [Açıqlama]




Sentyabrın 22-də "Baku Crystal Hall" səhnəsində xalq artisti Aygün Kazımova solo konsert keçirəcək.. Konsertin adı “Aygün Kazımova-30 il” adlanır. Artıq afişalarda konsertlə bağlı elanlara rast gəlmək mümkündür. Lakin diqqət çəkən məqam konsertin İdman və Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacağı anonsunun verilməsidir.

Yerli mətbuat məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında məsələni belə izah edib.

“Aygün Kazımova Azərbaycanın xalq artistidir, tanınmış sənətçidir. Sadəcə, konsertlərinin hazırlığı ilə bağlı Gənclər və İdman Nazirliyi təmannasız şəkildə Heydər Əliyev adına İdman konsert kompleksində məşq etməsi üçün şərait yaratdı. Aygün Kazımova təmənnasız olaraq istədiyi qədər işçiləri ilə orada məşq edib. Bunun qarşılığı olaraq Gənclər və İdman Nazirliyinin adı konsertin elan lövhələrində əks olunmuşdu.

Belə yazılmışdı ki, “konsert İdman və Gənclər Nazirliyinin dəstəyi ilə həyata keçirilir”. Təbii ki, biz bunu qəbul edə bilməzdik. Çünki dövlət qurumuyuq. Heç bir konserti maliyyələşdirmirik. Aygün xanımın da bu jestini və bizə olan münasibətini yüksək qiymətləndiririk. Amma dəstək başqa məna ifadə edir. Sadəcə olaraq, Heydər Əliyev adına İdman konsert kompleksində təmənnasız məşqləri üçün şərait yaratdıq. Özünə də deyildi ki, bu, bizim tərəfdən qəbul oluna bilməz.

Ona görə də xahiş etdik ki, başlıq çıxarılsın. Artıq dünəndən konsertin təşkilatçıları imkan daxilində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə başlığını afişalardan çıxarıblar. Bir daha deyirik ki, Aygün xanımın təşəbbüsünü yüksək qiymətləndiririk”.




Aygünün konsertini nazirlik maliyyələşdirir? [Açıqlama]


Aygünün konsertini nazirlik maliyyələşdirir? [Açıqlama]



modern.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri